Paşinyan: Ermənistanla Aİ arasında vizasız rejim iki ilə tətbiq oluna bilər
Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim ən geci iki ilə tətbiq ediləcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması məsələsi ən geci iki il ərzində həllini tapacaq.
“Bu vaxta qədər sadəcə pasportunuzu və biletinizi götürməyi unutmayın”, – Paşinyan bildirib.
Xatırladaq ki, Avropa İttifaqı ilə Ermənistan arasında viza liberallaşdırılması üzrə rəsmi dialoq 2024-cü ildə başlayıb.
Mövcud islahat tempinin qorunacağı təqdirdə, Ermənistan vətəndaşları üçün vizasız rejimin yaxın illərdə reallaşacağı gözlənilir. Tam vizasız rejim isə Avropa Komissiyası və Avropa Parlamentinin bütün öhdəliklərin yerinə yetirildiyini təsdiqləməsindən sonra qüvvəyə minəcək.
23:15 24.05.2026
Oxunuş sayı: 53