İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarını məhv edib
İsrail Müdafiə Qüvvələri son günlər Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-a məxsus bir neçə silah anbarının məhv edildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı tank əleyhinə raketlər, atıcı silahlar, RPG qumbaraatanları, zirehli jiletlər və digər hərbi avadanlıqların saxlanıldığı üç anbar vurulub.
İsrail ordusu bildirib ki, əməliyyat bölgədə silahlı qruplaşmaların hərbi imkanlarının zəiflədilməsi məqsədi daşıyır.
14:50 24.05.2026
Oxunuş sayı: 54