İsrail Hərbi Hava Qüvvələri İranın hərbi obyektlərinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcı təyyarəsi Tehranda və İranın mərkəzi bölgələrində "İran terrorçu rejimi"nin infrastrukturuna qarşı zərbələr həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bəyanatda bildirilib ki, hücumlar zamanı İranın bir sıra hərbi obyektləri hədəfə alınıb, o cümlədən:
-
İslam İnqilabı Keşikçiləri Korpusunun əsas hərbi universiteti olan İmam Hüseyn Universiteti, zabitlərin təlimi və hərbi yığım kompleksi kimi istifadə olunurdu. Universitetdə həmçinin təcili yardım müəssisəsi və digər hərbi obyektlər yerləşirdi.
-
Hərbi bunkerlər və buraxılış infrastrukturu olan raket saxlama obyektləri, yeraltı komandanlıq mərkəzləri və ballistik raketlərin saxlanması üçün nəzərdə tutulmuş ərazilər.
-
İranın qərb və mərkəzində aşkar edilmiş raket buraxılış məntəqələri və digər əlavə hədəflər.
İsrailin açıqlamasında vurğulanıb ki, bu əməliyyatlarla İran rejiminin atəş gücü və müdafiə qabiliyyəti zəiflədilir, istehsal infrastrukturu isə məhv edilir. Bəyanatda həmçinin birgə səylərin davam etdiyi bildirilib.
11:45 07.03.2026
Oxunuş sayı: 47