ABŞ İrandakı əsas hədəfləri açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio ərəb ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı zamanı İrana qarşı aparılan hərbi əməliyyatların daha bir neçə həftə davam edə biləcəyini bildirib.
Crossmedia.az bu barədə "Axios" a istinadən xəbər verir.Rubio tərəfdaşlarına bildirib ki, hazırda hərbi qüvvələrin əsas diqqəti İranın raket buraxılış qurğularına, raket ehtiyatlarına və raket istehsalı ilə bağlı zavodlara yönəlib.
Qeyd edək ki, son günlər bölgədə gərginlik artmaqda davam edir və tərəflər arasında hərbi əməliyyatların müddəti ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir.
09:17 07.03.2026
Oxunuş sayı: 408