ABŞ İranla bağlı Körfəz dövlətlərini daha sərt mövqeyə çağırdı
ABŞ Müdafiə Naziri Pit Heqset Körfəz ölkələrini İrana qarşı daha aktiv davranmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əvvəllər Tehranla münaqişədən kənarda qalmağa çalışan ərəb müttəfiqlər son hücumlardan sonra mövqelərini yenidən qiymətləndirirlər.
BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanı yaxın gələcəkdə İrana qarşı hərbi tədbirlər də daxil olmaqla daha fəal rol oynaya bilər. Hegset əlavə edib ki, bu dövlətlər ABŞ-nin hərbi bazalarına və hava məkanına əlavə giriş imkanını da qəbul etməyə hazırdırlar.
20:12 06.03.2026
Oxunuş sayı: 596