Moskvada 20-dən çox İran vətəndaşı saxlanılıb
Moskvada İranın keçmiş Ali Lideri Əli Xameneinin ölümünü qeyd etdikləri iddia edilən iranlılar saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ostorojno Novosti” məlumat yayıb.
Bildirilir ki, Salaryevo metro stansiyasının yaxınlığında 20 ilə 45 arasında İran vətəndaşı polis tərəfindən saxlanılıb. Onlar icazəsiz etiraz aksiyasında iştirak etməkdə ittiham olunurlar.
Məlumata görə, etirazçıların İranın Ali Lideri Əli Xameneinin ölümünü qeyd etdikləri iddia edilir.
Polisin bildirdiyinə görə, saxlanılan şəxslərdən bəziləri “Təşəkkür edirəm, Amerika Birləşmiş Ştatları” şüarları səsləndiriblər.
14:55 06.03.2026
Oxunuş sayı: 458