İranda yenidən partlayış: Ölən və yaralananlar var
İranın cənubundakı Şiraz şəhərinin ətrafında zərbə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-İsrail hərbçilərinin endirdiyi iddia edilən zərbə nəticəsində təcili yardım stansiyası və uşaq oyun meydançası hədəfə alınıb.
Hadisə nəticəsində 20 iranlı həlak olub, 30 nəfər isə yaralanıb. Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir.
13:07 06.03.2026
Oxunuş sayı: 527