BƏƏ ölkədə fövqəladə vəziyyət elan etdi
BƏƏ ölkə ərazisində mümkün raket təhlükəsi səbəbilə fövqəladə vəziyyət elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı BƏƏ Daxili İşlər Nazirliyi yayıb.
Nazirlik sakinləri dərhal ən yaxın təhlükəsiz yerlərdə sığınmağa çağırıb.
Rəsmi xəbərdarlıqda əhaliyə pəncərələrdən, qapılardan və açıq ərazilərdən uzaq durmaq tövsiyə olunub.
Fövqəladə vəziyyət BƏƏ Müdafiə Nazirliyi tərəfindən İrandan gələn raket və pilotsuz uçuş aparatları təhlükəsinə qarşı müdafiə tədbirlərinin görüldüyünün elan edilməsindən təxminən bir saat sonra tətbiq edilib.
Rəsmi məlumatlara görə, ölkənin hava hücumundan müdafiə sistemləri Iran istiqamətindən atıldığı bildirilən 6 raket və 131 dronu havada məhv edib. Buna baxmayaraq, bir raket və altı dronun BƏƏ ərazisinə düşdüyü qeyd olunur.
10:39 06.03.2026
Oxunuş sayı: 480