KİV: Körfəz ölkələri ABŞ ilə iqtisadi əməkdaşlığı azaltmağı nəzərdən keçirir
Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və Qətər ABŞ ilə iqtisadi münasibətlərin bir hissəsini azaltmağı müzakirə edir.
Crossmedia.az bu barədə "Financial Times" a istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən ölkələr ABŞ-yə sərmayələrin azaldılması, Vaşinqtonla bəzi iqtisadi razılaşmaların dayandırılması və ABŞ-dən silah idxalının məhdudlaşdırılması imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, bu addımlar regionda artan geosiyasi gərginlik fonunda Körfəz ölkələrinin ABŞ ilə münasibətlərinə yenidən baxması ilə bağlı ola bilər.
10:06 06.03.2026
Oxunuş sayı: 373