İran parlamentinin sədri müharibənin idarə olunmasını faktiki olaraq öz üzərinə götürüb
İran parlamentinin sədri müharibənin idarə olunmasını faktiki olaraq öz üzərinə götürüb.
Crossmedia.az xəbər verir ki, bunu texnologiya fəalı və "Balatarin" veb saytının təsisçisi Mehdi Yəhyanəjad deyib.
O, öz sosial media hesabında İslam Respublikasında müharibə komandanlığı strukturunda mühüm dəyişikliklər haqda açıqlama verib.
Onun sözlərinə görə, İran parlamentinin sədri və SEPAH-ın keçmiş komandiri Məhəmməd Baqir Qalibaf hazırda müharibəyə faktiki olaraq rəhbərlik edir.
Qalibaf müharibə ilə bağlı qərarların qəbul edilməsində mərkəzi rol oynayıb və hərbi və siyasi koordinasiyanın əhəmiyyətli bir hissəsinə nəzarət etdiyi deyilir.
Məlumatlar İranın hərbi qüvvələrinin komandanlıq zəncirində ciddi pozuntuların olduğunu göstərir.
Bəzi əməliyyat bölmələri ilə mərkəzi komandanlıq arasında əlaqənin pozulduğu deyilir.
09:55 06.03.2026
Oxunuş sayı: 448