İsrail: İranda 200-ə yaxın hədəf vurulub
İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində genişmiqyaslı hava zərbələri həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrailin Hərbi Hava Qüvvələri gün ərzində daha bir böyük zərbə dalğası həyata keçirərək İran ərazisində təxminən 200 hədəfi vurub. Hədəflər arasında onlarla ballistik raket buraxıcısı da olub.
Məlumata görə, əməliyyatın əsas məqsədi İran ərazisindən İsrail istiqamətində həyata keçirilən raket hücumlarının qarşısını almaqdır.
Açıqlamada qeyd olunub ki, əməliyyatın başlanmasından bu yana İranın müxtəlif bölgələrində yüzlərlə raket buraxılış məntəqəsi hədəfə alınıb.
09:30 06.03.2026
Oxunuş sayı: 455