Tramp Zelenskini Ukraynadakı sülh prosesinə mane olmaqda günahlandırdı
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı sülh prosesinə mane olan fiqur kimi ukraunalı həmkarı Volodimir Zelenskini göstərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, Zelenski artıq kartlarını itirib və Ukraynadakı vəziyyət onun üçün getdikcə çətinləşir.
Eyni zamanda, Tramp Rusiya Prezidenti Vladimir Putinin razılaşmaya hazır olduğuna inanır və sülh perspektivinin mümkün olduğunu vurğulayıb.
ABŞ lideri həmçinin Ukraynada sülhün həyata keçirilməsində maneələrin olduğunu və bu maneələrin prosesin irəliləməsini çətinləşdirdiyini qeyd edib.
22:20 05.03.2026
Oxunuş sayı: 419