İtaliya, İspaniya, Fransa və Niderland yaxın günlərdə Kiprin təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə dəniz qüvvələri göndərməyi planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, bu addım regionda artan gərginlik fonunda atılır və əsas məqsəd Aralıq dənizi hövzəsində təhlükəsizlik vəziyyətini gücləndirməkdir.
Göndəriləcək qüvvələrin tərkibi və yerləşdiriləcəyi ərazilərlə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb. Rəsmi qurumların yaxın vaxtlarda məsələ ilə bağlı əlavə açıqlama verəcəyi gözlənilir.