Ərəbistanda dron partlayışı: 6 nəfər xəsarət alıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə dronun uğurla vurulmasından sonra partlayış şrapneli altı nəfərin xəsarət almasına səbəb olub.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Hadisə zamanı Pakistan və Nepal vətəndaşları yüngül və orta dərəcəli xəsarətlər alıblar:
"Partlayış şəhərin iki ərazisində, 2-ci batalyonun məsuliyyət zonasında baş verib. Yerli hakimiyyət hadisəni diqqətlə araşdırır və sakinləri ehtiyatlı olmağa çağırır".
Fatimə Məmmədova
16:05 05.03.2026
Oxunuş sayı: 564