İspaniya Kiprin müdafiəsi üçün hərbi gəmi göndərir
İspaniya Kiprin müdafiəsini gücləndirmək məqsədilə özünün ən qabaqcıl freqatlarından biri olan “Cristobal Colon” gəmisini bölgəyə göndərməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar adada yerləşən Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus Akrotiri bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra qəbul edilib. Həmin hadisənin Kipri Yaxın Şərqdəki gərginliyin təsiri altına saldığı qeyd olunur.
Məlumata görə, “Cristobal Colon” bölgədə təhlükəsizliyin təmin edilməsi, hava hücumundan müdafiə tədbirlərinin gücləndirilməsi və zərurət yaranacağı təqdirdə mülki şəxslərin təxliyəsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərəcək.
Fregatın bölgədə Fransaya məxsus “Charles de Gaulle” aviadaşıyıcısı və Yunanıstan donanmasının gəmiləri ilə birlikdə əməliyyat aparacağı bildirilir.
14:55 05.03.2026
Oxunuş sayı: 458