NATO baş katibi Mark Rutte alyansın İrana qarşı kollektiv müdafiə mexanizmini tətbiq etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Newsmax televiziya kanalına müsahibəsində NATO-nun mümkün insidentlərə reaksiyası ilə bağlı sualı cavablandırarkən danışıb.
Rutte qeyd edib ki, alyans hazırda əsas diqqəti üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə yönəldib.
“Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində gördüyümüz iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, – deyə o vurğulayıb.