İraqda sirli hərbi əməliyyat: Nəcəf səhrasında vertolyotlar görünüb
ABŞ və İsrailə məxsus olduğu ehtimal edilən xarici qüvvələr Nəcəf səhrasında vertolyotlarla desant əməliyyatı həyata keçiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı 4–7 vertolyotdan istifadə olunub.
İlkin məlumatlara əsasən, əməliyyatın məqsədinin müşahidə və izləmə avadanlıqlarının quraşdırılması və ya İran əleyhinə fəaliyyət göstərən qruplara dəstək verilməsi ola biləcəyi ehtimal edilir.
Hadisəni araşdırmaq üçün bölgəyə göndərilən İraq kəşfiyyat konvoyunun isə hava zərbələrinə məruz qaldığı bildirilir. Nəticədə bir əsgər həlak olub, iki nəfər isə yaralanıb.
İraq hakimiyyəti insidentlə bağlı araşdırmaya başlayıb və əməliyyata görə kimin məsuliyyət daşıdığını hələlik rəsmi şəkildə təsdiqləməyib.
09:09 05.03.2026
Oxunuş sayı: 3510