Putin: Rusiya Avropa üçün etibarlı enerji təchizatçısı olacaq
Rusiya həmişə və bundan sonra Avropa İttifaqı da daxil olmaqla bütün tərəfdaşlar üçün etibarlı enerji təchizatçısı olacaq.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
O, açıqlamasında Rusiya tərəfinin Macarıstan və Slovakiya kimi etibarlı tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
Putin enerji təhlükəsizliyinin strateji əhəmiyyətini vurğulayaraq, Rusiya və tərəfdaş ölkələr arasında uzunmüddətli əməkdaşlığın önəmini qeyd edib.
22:07 04.03.2026
Oxunuş sayı: 604