️İranda müharibə qurbanlarının sayı 1000-i ÖTÜB
ABŞ və İsrailin İrana qarşı hərbi hücumları nəticəsində həlak olanların sayı 1 045 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, Şəhidlər və Müharibə Veteranları İşləri Fondu açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr nəticəsində 1045 hərbçi və mülki şəxs həlak olub.
Bildirilir ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Bu hücum ötən ilin iyununda həyata keçirilən hücumdan təxminən səkkiz ay sonra baş verib.
Qeyd olunur ki, hər iki hücum Tehranla Vaşinqton arasında İranın dinc nüvə proqramı ilə bağlı diplomatik danışıqların davam etdiyi vaxta təsadüf edib.
Məlumatda həmçinin qeyd olunur ki, İslam İnqilabının Rəhbəri Seyid Əli Xameninin şənbə günü səhər saatlarında iqamətgahı və ofisinə yönəlmiş ABŞ-İsrail hava zərbəsi nəticəsində qətlə yetirilib.
20:18 04.03.2026
Oxunuş sayı: 2689