İran İsraili bununla HƏDƏLƏDİ
Əgər İsrail Livandakı İran diplomatik obyektlərinə və ya diplomatlarına hücum edərsə, Tehran buna eyni cavabla reaksiya göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi Tasnim xəbər agentliyinə açıqlamasında bildirib.
Rəsmi bildirib ki, belə hallarda İran yalnız Livandakı hədəfləri deyil, İsraillə əlaqəli digər mərkəzləri və vətəndaşları da digər ölkələrdə hədəf alacaq.
Bu xəbərdarlıq regionda artan gərginlik fonunda səsləndirilib və cavab tədbirlərinin “simmetrik” olacağı vurğulanıb.
18:37 04.03.2026
Oxunuş sayı: 698