İsrail İrana qarşı hərbi əməliyyatları davam etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata görə, zərbələr çərçivəsində ballistik raketlərin saxlanması və istehsalı üçün istifadə edilən obyektlər hədəfə alınıb. Hədəflər arasında “Qədr raketləri” tipli raketlərin yerləşdirildiyi infrastruktur da yer alıb.
Açıqlamada əməliyyatın əsas məqsədinin İranın İsrailin təhlükəsizliyini təhdid edə biləcək raket buraxmaq imkanlarını məhdudlaşdırmaq olduğu vurğulanıb. Eyni zamanda, İsrail İranın hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirib.