Əraqçi Trampı diplomatiyaya xəyanətdə ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın İslam Respublikası ilə bağlı siyasətini sərt tənqid edib.
Crossmedia.az-ın məlumatına görə, o, “X” platformasında paylaşım edərək, Trampın nüvə danışıqlarına yanaşmasını “səhv və dağıdıcı” adlandırıb.
Əraqçı bildirib ki, mürəkkəb nüvə danışıqları daşınmaz əmlak sövdələşməsi kimi qəbul edildikdə və böyük yalanlar reallığı gizlətdikdə, qeyri-real gözləntilər heç vaxt qarşılana bilməz. Nazir vurğulayıb ki, bu yanaşma nəticəsində danışıqlar masası “qisas bombardmanı” ilə əvəz olunub.
O əlavə edib ki, Tramp İranla münaqişənin sülh yolu ilə həlli imkanını rədd etməklə yalnız diplomatiyaya deyil, həm də onu seçən Amerika vətəndaşlarına xəyanət edib.
17:07 04.03.2026
Oxunuş sayı: 526