ABŞ səfirliyinə yenidən hücum edildi
Martın 3-ü səhər saatlarında Ər-Riyaddakı səfirliklər ərazisində güclü partlayış səsi eşidilib, alov müşahidə olunub. Məlumata görə, Ər-Riyaddakı ABŞ səfirliyinə iki pilotsuz uçuş aparatı ilə hücum edilib.
Crossmedia.az Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyindən CNN verilən açıqlamaya istinadən xəbər verir ki, hadisə zamanı bina boş olduğundan xəsarət alan olmayıb.
Diplomatik nümayəndəlikdə kiçik yanğın baş verib və nəticədə "əhəmiyyətli olmayan maddi ziyan" yaranıb.
Rəmziyyə Babazadə
12:33 03.03.2026
Oxunuş sayı: 514