BƏƏ və Qətər ABŞ-dən təcili yardım istəyir
Birləşmiş Ərəb Əmirlikləri bir həftə, Qətər isə dörd gün ərzində müdafiə raket ehtiyatlarının tükənməsi riski ilə üz-üzədir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, regionda artan gərginlik fonunda hər iki ölkənin hava hücumundan müdafiə sistemlərinə olan yük xeyli artıb. Mövcud ehtiyatların qısa müddətdə tükənə biləcəyi ehtimalı səbəbindən BƏƏ və Qətər ABŞ-dən əlavə hərbi dəstək və sursat tədarükü tələb edib.
Hazırda rəsmi Vaşinqtonun məsələ ilə bağlı hansı addımları atacağı açıqlanmayıb. Regionda təhlükəsizlik vəziyyəti isə diqqətlə izlənilir.
23:52 02.03.2026
Oxunuş sayı: 479