Tramp: İran əməliyyatı uzansa da, darıxmayacağam
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrandakı hərbi əməliyyat iki həftədən çox davam edərsə, o, darıxmayacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, əməliyyatın əvvəlcədən dörd-beş həftə çəkəcəyi gözlənilirdi, lakin Vaşinqton daha uzun müddət hərəkət etmək imkanına malikdir.
O, həmçinin İranın raket potensialını məhv etmək və dəniz qüvvələrini sıradan çıxarmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, artıq 10 İran gəmisi məhv edilib.
23:30 02.03.2026
Oxunuş sayı: 559