Britaniya ABŞ və İsrailin İran hücumuna qoşulmayacaq
Britaniyanın Baş naziri Kir Starmer açıqlayıb ki, ölkə ABŞ və İsrailin İranla bağlı hücumlarına qatılmayıb və gələcəkdə də qoşulmaq niyyətində deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ölkənin təyyarələri koordinasiyalı müdafiə əməliyyatları çərçivəsində yalnız Britaniya vətəndaşlarını qorumaq məqsədilə havaya qalxıb. Starmer əlavə edib ki, İran bölgədə hücumlar həyata keçirir və onlara hücum etməyən ölkələrə yüzlərlə raket və minlərlə dron atır.
Baş nazir həmçinin qeyd edib ki, Fransa və Almaniya ABŞ-nin İranın raket imkanlarını məhv etmək üçün öz bazalarından istifadəsinə hazırdır. Lakin Kiprdəki İngiltərə bazaları ABŞ bombardmançıları tərəfindən istifadə olunmayıb.
22:20 02.03.2026
Oxunuş sayı: 499