Pezeşkian: Xəstəxana və məktəblərə hücumlar humanitar prinsipləri pozur
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, xəstəxanalara hücumlar həyatın özünə, məktəblərə hücumlar isə millətin gələcəyinə zərbə vurur.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bu barədə sosial media hesabında paylaşım edib.
O əlavə edib ki, xəstələri və uşaqları hədəf almaq humanitar prinsiplərin açıq şəkildə pozulmasıdır.
Prezident vurğulayıb ki, İran bu cinayətlərə susmayacaq və güzəştə getməyəcək, dünya isə bu hərəkətləri qınamalıdır.
21:52 02.03.2026
Oxunuş sayı: 641