Dubay hava limanı uçuşları qismən bərpa edib
Regionda davam edən gərginlik fonunda Dubay hava limanları uçuşları qismən bərpa etdiyini açıqlayıb. Eyni zamanda, bir sıra ölkələr vətəndaşlarını təxliyə etməyə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Dubai Airports" operatoru axşam saatlarından etibarən Dubai International Airport (DXB) və Al Maktoum International Airport (DWC) hava limanlarında məhdud sayda reyslərin həyata keçirildiyini bildirib.
Sərnişinlərə aviaşirkətlər tərəfindən uçuş vaxtı təsdiqlənmədən hava limanına getməmək tövsiyə olunub. Dubayda fəaliyyət göstərən Emirates aviaşirkəti isə əvvəlcədən rezervasiya edilmiş sərnişinlərin təxliyə prosesində üstünlük alacağını qeyd edib.
20:20 02.03.2026
Oxunuş sayı: 441