Ramazan ayının 13-cü gününün duası
Sabah Ramazan ayının 13-cü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:46, iftar vaxtı saat 18:49-dur.
Crossmedia.az Ramazan ayının 13-cü gününün duasını təqdim edir.
İFTAR DUASI
İlahi, sənin üçün oruc tutdum, Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm.Orucumu qəbul et.Həqiqətən,sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş bağışlama sahibi, mənim günahlarımı bağışla!
İMSAK DUASI
İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı.ğ
Allah tutulan orucları qəbul etsin!
20:09 02.03.2026
Oxunuş sayı: 902