Fransa nüvə arsenalını gücləndirir - Makron əmr verdi
Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə başlıqlarının artırılması barədə əmr verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron dəqiq say açıqlamasa da, bildirib ki, arsenalın gücləndirilməsi çox vacibdir və nüvə potensialının artırılmasında yeni mərhələ başlayır.
Prezidentin sözlərinə görə, bu addım profilaktik xarakter daşıyır və Fransa müvəqqəti olaraq Avropa müttəfiqlərinə strateji nüvə maneəsi imkanlarını yerləşdirə bilər.
Makron vurğulayıb ki, Fransa artıq nüvə arsenalının konkret sayını açıqlamayacaq və ambisiyalarını daha da irəli aparacaq.
19:23 02.03.2026
Oxunuş sayı: 575