NATO İrana qarşı hərbi əməliyyatlara QOŞULMAYACAQ
NATO İranda ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyata qoşulmayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
O, əlavə edib ki, alyans regiondakı vəziyyəti diqqətlə izləyir, lakin hər hansı bir birbaşa hərbi müdaxilə planlaşdırılmır. Ruttenin açıqlaması alyansın üzv ölkələrinin mövqeyini də əks etdirir və qlobal təhlükəsizlik balansının qorunmasına yönəlib.
Rəsmi Vaşinqton və Tel-Əvivdən isə məsələ ilə bağlı əlavə açıqlamalar hələlik verilməyib.
19:30 02.03.2026
Oxunuş sayı: 423