Qazın qiyməti ARTDI
Qətərin ixracı müvəqqəti dayandırmasından sonra London Fond Birjasında təbii qazın qiyməti 42% artıb.
Crossmedia.az-ın məlumatına görə, "Qatar Energy" şirkəti bildirib ki, İranın Ras Laffan və Mesaieddəki əməliyyat obyektlərinə hərbi hücumu səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı dayandırılıb. Şirkətin açıqlamasına görə, təhlükəsizlik riski ilə əlaqədar istehsal prosesləri müvəqqəti olaraq dayandırılıb.
Bundan əlavə, "Goldman Sachs" analitikləri xəbərdarlıq ediblər ki, əgər Hörmüz boğazı bir ay müddətinə bağlanarsa, Avropada qaz qiymətləri 130%-dək arta bilər.
Ekspertlər bildirirlər ki, regiondakı artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola və Avropanın enerji təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
19:17 02.03.2026
Oxunuş sayı: 504