Rutte: ABŞ-nin İrandakı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər
NATO-nun baş katibi Mark Rutte ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatın ilkin mərhələdə olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, əməliyyatın gedişatı bir neçə həftə davam edə bilər və proses mərhələli şəkildə icra olunur. Baş katib əlavə edib ki, vəziyyət diqqətlə izlənilir və alyans regiondakı təhlükəsizlik balansını nəzərə alaraq mövqeyini müəyyənləşdirir.
Rəsmi Vaşinqton tərəfindən əməliyyatın müddəti ilə bağlı hələlik əlavə detal açıqlanmayıb.
19:37 02.03.2026
Oxunuş sayı: 599