Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.
Crossmedia.az-ın məlumatına görə, Laricani “X” sosial şəbəkə hesabında yazıb ki, İran son 300 ildə heç bir müharibəyə başlamayıb və Silahlı Qüvvələr yalnız müdafiə xarakterli əməliyyatlar həyata keçirib.
“Dəyərindən asılı olmayaraq, özümüzü və altı min illik sivilizasiyamızı qətiyyətlə müdafiə edəcək və düşmənlərimizi səhv hesablamalarına görə peşman edəcəyik. Amerikadan fərqli olaraq İran uzunmüddətli müharibəyə hazırdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Laricani bundan əvvəl Tehranın Vaşinqtonla hər hansı danışıqlar aparmaq niyyətində olmadığını da açıqlamışdı.
Rəsmi ABŞ isə bəyanata hələlik münasibət bildirməyib.
18:55 02.03.2026
Oxunuş sayı: 644