Tramp: İran razılaşmaq istəyir, amma gecdir
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri tənqid edib və İrana qarşı əməliyyatla bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Tramp bildirib ki, Starmerin İrana qarşı zərbələr üçün Dieqo Qarsiya hava bazasından istifadəni əvvəlcə inkar etməsi onu çox məyus edib.
Onun sözlərinə görə, Britaniya tərəfi girişin təmin olunması üçün çox uzun vaxt sərf edib.
Tehranın məsuliyyəti barədə danışan ABŞ Prezidenti deyib: “Qolları və ayaqları olmayan, üzləri eybəcər hala salınmış insanlar var. Bunun 95 faizinə görə İran məsuliyyət daşıyır. Bu dəhşətli hadisələrə İran səbəb olub.”
İran rəhbərliyinə qarşı əməliyyat barədə isə o qeyd edib ki, planlaşdırmada əvvəlcə dörd həftəlik müddət nəzərdə tutulsa da, rəhbərliyin bir hissəsinin aradan qaldırılması üçün iki-üç həftə gözləmək planlaşdırıldığı halda, əməliyyat bir gün ərzində həyata keçirilib və cədvəldən xeyli qabaq başa çatdırılıb.
Tehranla danışıqlara toxunan Tramp əlavə edib: “Onlar həqiqətən də razılaşmaq istəyirlər. Dedim: bunu bir həftə əvvəl etməli idiniz.”
16:26 02.03.2026
Oxunuş sayı: 699