Hizbullahın kəşfiyyat rəisi öldürüldü
İsrail Müdafiə Qüvvələri (İDQ) Hizbullahın Kəşfiyyat Rəisi Hüseyn Makledin Beyrut şəhərində həyata keçirilən dəqiq zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İDQ-nun yaydığı məlumata görə, əməliyyat hədəfli şəkildə icra olunub.
Hadisə ilə bağlı əlavə təfərrüatlar və mümkün digər itkilər barədə hələlik məlumat verilməyib.
Hizbullah məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Regionda gərginlik davam edir.
17:00 02.03.2026
Oxunuş sayı: 647