Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib
Martın 2-si saat 17:00-dan 19:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 100-də çox xarici ölkə vətəndaşı təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, bunlar Rusiya, Çin və Pakistan vətəndaşlarıdır.
Təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Son olaraq 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si saat 14:00-a qədər İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
19:10 02.03.2026
Oxunuş sayı: 406