İranda yeni müvəqqəti müdafiə naziri təyin edilib
İranda müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs təyin olunub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, ölkənin Prezident Administrasiyasının kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbatəbayi “X” hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, prezident Məsud Pezeşkianın sərəncamı ilə SEPAH generalı Məcid bin ər-Rza müdafiə nazirinin səlahiyyətlərinin icraçısı vəzifəsinə təyinat alıb.
16:38 02.03.2026
Oxunuş sayı: 506