Yunanıstan Kiprə hərbi qüvvə göndərir
Yunanıstan İran hücumlarından sonra Kiprə hərbi qüvvə göndərmək qərarı verib.
Crossmedia.az xəbərinə görə Yunanıstanın Baş naziri Nikolak Dendias açıqlamasında bildirib ki, ölkəsi hava məkanının qorunması məqsədilə Kiprə iki dəniz freqatı və iki F-16 qırıcı təyyarəsi göndərir.
Qeyd edək ki, martın 2-də Kipr Hərbi Hava Qüvvələri Britaniyaya məxsus Akrotiri hərbi hava bazası istiqamətində uçan iki İran dronunu zərərsizləşdirib.
17:10 02.03.2026
Oxunuş sayı: 697