Ukrayna Putinin devrilməsinin anonsunu verdi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İran və Rusiya ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazir “X” hesabında yazıb.
O qeyd edib ki, İranın ali dini rəhbəri Seyid Əli Xameneinin rəhbərlik etdiyi rejimin süqutu Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin zəifləməsinə və süqutunun sürətlənməsinə səbəb olacaq.
Sibiqa bildirib ki, Moskva öz müttəfiqini xilas etməyə tələsmir və Kremlin əsas marağı neft qiymətlərinin artmasıdır.
Nazirin sözlərinə görə, Putin yalnız Xameneyinin ölümündən sonra başsağlığı verib və bununla kifayətlənib.
Sibiqa deyib ki, Moskva tarix boyu dəstəyinə güvənən tərəfdaşlarını ən kritik anda tək qoyub.
O, Suriyanın keçmiş prezidenti Bəşar Əsəd, Venesuela lideri Nikolas Maduro və Xameneyinin mümkün süqutunun Moskva üçün strateji nəticələr doğuracağını vurğulayıb.
16:44 02.03.2026
Oxunuş sayı: 487