İsrail Beyrutun cənubuna raket zərbələri endirib
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Burj əl-Barajneh qəsəbəsinin cənub ətrafına raket zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində ərazidə partlayış səsləri eşidilib. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.
Zərbələrin nəticələri, dağıntı və mümkün itkilərlə bağlı rəsmi açıqlama hələlik verilməyib. Hadisə bölgədə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da kəskinləşdirib.
18:15 02.03.2026
Oxunuş sayı: 452