Ukrayna ilə bağlı üçtərəfli danışıqlar İstanbulda keçiriləcək? - AÇIQLANDI
Rusiya–ABŞ–Ukrayna arasında keçirilən üçtərəfli danışıqların növbəti mərhələsi Türkiyənin paytaxtı İstanbulda təşkil oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, Yaxın Şərqdə gərginliyin artması səbəbindən görüşün Əbu-Dabidə keçirilməsi ehtimalı xeyli azalıb.
Qeyd edək ki, tərəflər arasında danışıqların məqsədi regionda davam edən müharibə fonunda siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsidir. Görüşün dəqiq tarixi və formatı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
18:28 02.03.2026
Oxunuş sayı: 540