Əli Əsədov bu agentliklə bağlı QƏRAR İMZALADI
Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosu İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə
Mərkəzinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və
Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru".
18:20 02.03.2026
Oxunuş sayı: 467