Sərnişin qatarına zərbə – sərnişinlər təxliyə edildi
Rus qüvvələri Dnepropetrovsk vilayəti ərazisində hərəkətdə olan mülki qatara zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba deyib.
Məlumata əsasən, hücum nəticəsində bir nəfər həyatını itirib, yeddi nəfər yaralanıb. Hadisədən sonra sərnişinlər təxliyə olunub.
Bildirilib ki, qatar hərəkətdə olduğu zaman vurulub. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
18:10 02.03.2026
Oxunuş sayı: 554