Səudiyyə Ərəbistanla İran arasında münasibətlər daha da gərginləşir
Səudiyyə Ərəbistanı İranın neft obyektlərinə qarşı mümkün hücum planları ilə bağlı sərt mövqe nümayiş etdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tehran "Saudi Aramco" obyektlərinə koordinasiyalı hücum edərsə, Riyad İranın neft infrastrukturuna qarşı kütləvi zərbələr endirməyə hazırdır.
"QatarEnergy Ras Laffan" və "Mesaied" sənaye şəhərlərində yerləşən obyektlərə zərbələrdən sonra mayeləşdirilmiş təbii qaz istehsalını dayandırdığını açıqlayıb.
Enerji obyektlərinin hədəfə alınması Körfəz regionunda gərginliyi daha da artırır və qlobal enerji bazarlarına təsir göstərə biləcəyi ehtimal olunur.
Rəsmi mənbələrdən əlavə açıqlamalar gözlənilir.
17:45 02.03.2026
Oxunuş sayı: 547