ABŞ İrana qarşı əməliyyatı raket ehtiyatları tükənmədən başa çatdırmaq istəyir
ABŞ İrana qarşı hərbi əməliyyatı raket ehtiyatları tükənmədən əvvəl yekunlaşdırmağa çalışır. Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, ABŞ-ın Yaxın Şərqdəki hərbi resursları sürətlə azalır və Vaşinqtonun həmin ehtiyatları eyni templə bərpa etmək imkanları məhduddur.
Məlumata əsasən, bu səbəbdən ABŞ mümkün qədər tez bir zamanda İranın raket və pilotsuz uçuş aparatları potensialını sıradan çıxarmağa çalışır.
Rəsmi Vaşinqton məsələ ilə bağlı geniş açıqlama verməyib.
09:00 02.03.2026
Oxunuş sayı: 579