İranın zərbələri Dubayın “təhlükəsiz liman” imicinə ciddi zərbə vurdu
İranın Fars körfəzi regionunda həyata keçirdiyi hücumlar Dubayın təhlükəsiz və sabit biznes mərkəzi kimi formalaşmış nüfuzuna ciddi xələl gətirib. Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Məlumata görə, İran cavab tədbiri olaraq körfəz ölkələrində hava limanlarına, hərbi obyektlərə, limanlara və otellərə zərbələr endirib. Bildirilir ki, zərbələr nəticəsində Dubai International Airport zərər görüb, Jebel Ali Port ərazisində yerləşən körpüdə yanğın baş verib.
Həmçinin hücumların Dubai Marina və Palm Jumeirah ətrafındakı yaşayış məntəqələrinə də təsir göstərdiyi bildirilir. Nəticədə Fairmont The Palm və Burj Al Arab otellərində yanğın qeydə alınıb.
Qeyd olunur ki, hadisələr Ramazan ayına təsadüf edib. Bu dövrdə təşkil olunan korporativ iftar və sahur proqramları regionda işgüzar əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Agentlik yazır ki, baş verənlər Dubayın regional münaqişələrdən kənarda qalmaq üzərində qurulmuş müasir imicinə görünməmiş zərbə kimi qiymətləndirilir.
08:42 02.03.2026
Oxunuş sayı: 648