Sistani ilə bağlı iddialar: fətva geri götürülüb?
İraqın ali dini lideri, Böyük Ayətullah Ali al-Sistaninin İrana hücum fonunda verdiyi iddia olunan cihad fətvasını geri götürdüyü barədə məlumatlar yayılıb.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
İddialara görə, Sistani bir neçə gün əvvəl İrana mümkün hücumun ABŞ qüvvələrinə qarşı cihad çağırışı ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib. Lakin müharibə başlayandan sonra onun bu mövqedən geri çəkildiyi bildirilir.
Mənbənin yazdığına əsasən, Sistaninin ofisi tərəfdarlarına İrana dair açıqlamaları dayandırmağı və əlaqəli bəyanatları geri götürməyi tapşırıb. Həmçinin iddia olunur ki, ABŞ tərəfindən mümkün hücum zamanı Sistaninin hədəfə alınacağı ilə bağlı təhdidlər səsləndirilib və qərarın səbəbi də bu olub.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi təsdiq və ya təkzib açıqlaması yayımlanmayıb.
03:14 01.03.2026
Oxunuş sayı: 452