Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə səfiri təyin olunub
Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında səfiri təyin edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla əlaqədar müvafiq Sərəncam imzalayıb.
C.Hüseynov bu təyinata qədər Azərbaycanın Dubay şəhərində baş konsulu vəzifəsini tutub.
17:33 27.02.2026
Oxunuş sayı: 424