İlham Əliyev Çin liderinə: Siyasi dialoqumuzun intensivliyi münasibətlərin möhkəmlənməsinə şərait yaradır
Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi və yeni məzmun qazanması sevindiricidir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə Bahar bayramı münasibətilə təbrikində deyilir.
Dövlət başçısı qeyd edib ki, sübhəsiz ki, siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır:
"Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da güclənəcəkdir"
11:16 17.02.2026
Oxunuş sayı: 560